Xəbər verdiyimiz kimi, Amerika səfirliyi 10-14 martda Azərbaycanda Amerika Günləri festivalinin keçiriləcəyini elan edib.
Virtualaz.org bildirir ki, bu barədə səfirlik bir neçə gün əvvəl Facebook səhifəsində məlumat yayıb.
Səfrilik bildirib ki, tədbirlərin məqsədi Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.
"Festival çərçıvəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, Hindu qrupunun rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər nəzərdə tutulub”, - məlumatda deyilir.
Proqramın asas hissəsi Bakıda təşkil olunacaq, bundan əlavə Azərbaycanın bölgələrində də proqramlar həyata keçiriləcək. Tədbirlər ictimaiyyət üçün açıqdır və giriş pulsuzdur (bəzi istisnalar olmaqla)..