Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini sabit saxlanılması haqda qərar qəbul edib.

Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Beləliklə, uçot dərəcəsi 6,25%-də, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalıb.

Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlarlar 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub.

Qeyd edək ki, 29 oktyabr tarixində qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.

.