Mərkəzi Bank (AMB) “Azərpoçt” MMC-nin Xankəndi filialına bu ilin noyabrın 18-də bank fəaliyyəti lisenziyası verib.
Bu barədə AMB-yə istinadən xəbər verir.
Bununla da bank lisenziyası almış poçt filiallarının sayı 37-dən 38-ə çatıb.
Qeyd edək ki, sözügedən filial Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir.
.