Abdulla Abdullayevin məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, fasilədən sonra hakim A.Abdullayevi ittihamın mahiyyəti ilə tanış edib.
Lakin A.Abdullayev özü haqqında səsləndirilən ittihamlarda mənimsəmə ilə bağlı məqamların olmadığını bildirib. O, qeyd edilən məbləğin kredit məqsədi ilə götürüldüyünü deyib.
A.Abdullayev hakimə müraciət edərək məhkəmə proseslərinin həftədə iki dəfə keçirilməsini xahiş edib: "İnsan içəridə saatlarını sayır. Mən günahsız yerə orada saxlanılıram. Sizə sifariş veriblər ki, məni tutun. Mənə də sifariş vermişdilər ki, o binanı tikim”.
O, hakimə deyib ki, nə cəza versə də onda günah görməyəcək: "Mənə nə cəza versəniz, sizi heç vaxt günahlandırmayacağam. Çünki sizə sifariş veriblər. Amma xahiş edirəm ki, nə cəza verəcəksinizsə, tez verin. Gedək işimizin-gücümüzün dalınca”.
Məhkəmə prosesi martın 5-nə təxirə salınıb.
.