ABŞ-ın İraqdakı səfiri Stuart Jones hava hücumları nəticəsində öldürülən İŞİD-çilərin sayını açıqlayıb. "Al Arabiya” televiziyasına danışan Stuart Jones bildirib ki, İŞİD-ə qarşı yaradılan koalisiya qüvvələrinin hava hücumu nəticəsində 6 min terrorçu öldürülüb. O, həmçinin hücumlar nəticəsində İŞİD komandanlarının təxminən yarısının məhv edildiyini də vurğulayıb.
Səfir qeyd edib ki, hava hücumları ilə İraq və Suriyada 6 mindən çox İŞİD üzvü öldürülüb və nəticədə İŞİD xeyli zəifləyib. Qeyd edək ki, səfirin fikirləri ABŞ-ın xarici işlər naziri Con Kerri tərəfindən də təsdiqlənib. O, "İŞİD-lə mübarizə” mövzusunda Londonda təşkil edilən toplantıda bildirib ki, İŞİD-in rəhbərlərinin 50 faizi məhv edilib.
Ancaq 6 min İŞİD-çinin öldürülməsi müdafiə naziri Çak Heygel tərəfindən təsdiqlənməyib. Pentaqonda keçirilən mətbuat konfransında o bildirib ki, rəqəmlər dəqiq deyil, ancaq minlərlə İŞİD üzvü və bəzi liderlərin öldürüldüyü bəllidir.
.
