İspaniya, İtaliya, Niderland, ABŞ və İsveçrədə su samuru ferması ilə əlaqəli koronavirus infeksiyasına yoluxma müəyyən edilib.

“İnterfaks” bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına istinadən xəbər yayıb.

Kopenhagendə koronavirusun belə bir mutasiyasının hər hansı bir peyvəndin effektivliyini poza biləcəyi deyilir.

Eyni zamanda, alimlər hesab edir ki, virusun mutasiyaları əksər hallarda heç bir zərər verməyən və insanlarda xəstəliyin daha ciddi gedişinə səbəb olmayan tipik hadisədir.

Xatırladaq ki, Danimarkadakı su samuru təsərrüfatlarında koronavirusun mutasiyası aşkar edilib, bu səbəbdən ölkənin şimal-şərqində xüsusi məhdudiyyətlər tətbiq olunub.

.