Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilən Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi vəzifəsindən ayrılacaq.

Bu barədə F.Qayıbov özü məlumat verib.
O, bunu UEG-nin prezidenti seçilməsi ilə əlaqləndirib.
F.Qayıbov baş katib vəzifəsindən azad olunması üçün AGF rəhbərliyinə ərizə ilə müraciət etdiyini söyləyib.
AGF-nin vitse-prezidenti Altay Həsənov isə baş katib vəzifəsinə iki namizədin olduğunu bildirib və bununla bağlı ayın sonunda qərar veriləcəyini deyib.

.