Avstriyanın Alp dağlarında qar uçqunu baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qar uçqunu nəticəsində 3 nəfər həlak olub.

Məlumata əsasən, 2 çexiyalı turist Zaltsburq və Tiropl sərhədində qarın altında qalaraq ölüb, 2 nəfər isə xilas ola bilib.

Pfayfrlköpfel adlı ərazidə isə dağ xizəkçisi qar uçqununun qurbanı olub.
 
 Bakı Post
.