Qazaxıstanın Almatı şəhərində fövqəladə vəziyyət və komendant saatı yanvarın 19-da başa çatacaq.

TASS xəbər verir ki, bu barədə Almatı komendaturası məlumat yayıb.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-dən 19-na qədər Manqistau vilayəti və Almatı şəhərində fövqəladə vəziyyətin elan olunması barədə fərman vermişdi.

.