"Almaniya hazırda enerji müharibəsi vəziyyətindədir".

TASS xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner Berlində keçirdiyi mətbuat konfransında bildirib.

"Biz buna dözə bilmərik və müqavimət göstərəcəyik", - nazir deyib.

Eyni zamanda, o, bərpa olunan enerji mənbələrinin işə salınmasının vaxtının yetişdiyini vurğulayıb.

"Bazarda qiymətləri aşağı salmaq üçün hazırda 90 % dolu olan qaz anbarlarının bir hissəsi yenidən boşaldılmalıdır", - Lindner əlavə edib.

Xatırladaq ki, daha əvvəl Almaniya hökuməti istehlakçılar üçün qazın qiymətinin saxlanılması mexanizmini razılaşdırmışdı. Bu tədbirlər üçün 200 milyard avroya qədər kredit ayrılacaq.

.