
Azvision.az "Focus” jurnalına istinadən bildirir ki, 24 saat ərzində davam edən ciddi qarşıdurma qanlı sonluqla nəticələnib. Belə ki, Drezdenin tabeliyində olan kiçik Fraytal şəhərində ekstremist qruplar qaçqınlara və gəlmələrə qarşı aksiya keçiriblər. Almaniya Miliyyətçi-Demokrat Partiyasının rəhbərliyi ilə 200 nəfərin iştirakı etdiyi etiraza qarşı isə 350 nəfərdən ibarət anti-miliyyətçi qatılıb.
Polis tərəflər arasındakı toqquşmanın qarşısını müdaxilə nəticəsində ala bilib, lakin ekstrimist qruplar tərəfindən açılan atəş nəticəsində 3 nəfərin öldüyü 1 nəfərin çox ağır yaralandığı bildirilir. Səbəb isə Saksen-Anhalt əyalətində Suriyadan 800 nəfər qaçqının qəbul edildiyi və həftə sonu əlavə olaraq daha 500 nəfər qaçqının da gələcəyinin bildirilməsi olub. Elə hadisələr də bundan sonra sağçı ekstimist qrupların etirazı ilə başlayıb.
Daxili İşlər nazirinin müavini Mixael Vilhelm bu hadisədən utandıqlarını bildirib. Hətta Daxili İşlər Nazirliyinin texniki işçiləri küt alətlərlə ola biləcək gözlənilməz, ekstremal hücumlardan sığortalanmaqdan ötrü başlarında qoruyucu dəbilqə ilə gəzirlər.
Xatırladaq ki, Fraytal şəhəri (Drezden) sağ təmayüllü qrupların müntəzəm olaraq etiraz keçirdikləri ən pik məkan kimi seçilməkdədir..