
Almaniya Ukraynaya növbəti yardım paketini elan edib.
Bu barədə məlumat Federal Hökumətin saytında yerləşdirilib.
Yeni paketə minalardan müdafiə sistemi ilə təchiz edilmiş 22 ədəd “MRAP” tipli nəqliyyat vasitəsi, 33 ədəd “GEPARD” özüyeriyən artilleriya qurğusu və onun üçün nəzərdə tutulan 10 min ədəd sursat, “IRIS-T SLM” hava hücumundan müdafiə sistemləri, “Leopard 1” tankı üçün sursat “MARDER” piyadaların döyüş maşını, habelə 5 min ədəd 155 millimetrlik və 2 min ədəd 122 millimetrlik artilleriya sursatı daxildir.
Yeni hərbi dəstək paketində 8 min ədəd 120 millimetrlik miaatan sursat, 50 ədəd “VECTOR” kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı və onun ehtiyat hissələri, habelə 8 min ədəd 120 millimetrlik minaatan da var.
Bununla yanaşı, yeni paket özündə 50 ədəd kəşfiyyat xarakterli “Gereon RCS” uzaqdan idarəolunan nəqluyyat vasitəsi və 30 ədəd PUA aşkarlama sistemi də göndərəcək.
Ukraynaya veriləcək sursatların arasında həmçinin 2 ədəd minatəmizləyən “Wisent-1” qurğusu, 2 ədəd tırtıllı minatəmizləyən nəqluyyat vasitəsi, 100 ədəd daşınabilən “H-PEMBS” minatəmizləyən sistem və Sərhəd Xidməti üçün iki ədəd zirehli avtomobil daxildir.
Almaniya hakimiyyəti lazerli ölçmə cihazı, infraqırmızı binokl, o cümlədən “MK 556” və “HK 416” tipli avtomat silahları göndərib.
Qeyd edilib ki, Ukraynada müharibəsinin başladığı 2022-ci ildən sonra rəsmi Berlinin Ukrayna tərəfinə hərbi yardımının həcmi 5,2 milyard avroya çatıb.
.