Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Ukraynanın NATO-ya qəbulu perspektivini görmədiyini bildirib.
Yenizaman.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya XİN başçısı Veymardakı mətbuat konfransında "Mən Ukraynanı şimali atlantika alyansına üzv edəcək hər hansı yol görmürəm” deyib. 
Qeyd edək ki, Ukrayna parlamentinin spikeri Aleksandr Turçinov bir gün öncə ölkənin bloklara qoşulmamaq statusunun dəyişdirilməsinin kəskin şəkildə gündəmdə olduğunu və bu yöndə danışıqlar aparıldığını bildirib. Buna cavab olaraq Rusiya XİN-i iki ölkə arasında iqtisadi münasibətlərin məhz həmin məsələdən asılı olduğunu bəyan edib.
.