Almaniya təhlükəsizlik səbəbindən Türkiyədəki səfirliyini, konsulluğunu və məktəblərini bağlayıb.
 
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, buna səbəb kimi Almaniya təmsilçiliklərinə ehtimal edilən hücum göstərilib.
 
Almaniyanın səfirliyi, konsulluğu və məktəbləri sentyabrın 16-dək bağlı olacaq.
 
Xatırladaq ki, bu il martın 19-da Ankarada törədilən terror aktından iki gün əvvəl də Almaniya Türkiyədəki səfirliyini, konsulluğunu və İstanbuldakı alman liseyini təhlükəsizlik səbəbindən bağlamışdı.
 
Həmin terror nəticəsində 4 nəfər ölmüş, 36 nəfər isə yaralanmışdı. 
.