Almaniya hökuməti miqrantların ölkədən çıxarılmasını asanlaşdırmaq qanun layihəsi hazırlayıb.
Avropa.info xəbər verir ki, bundan sonra Almaniyada cinayət əməli törətmiş miqrantlar deportasiya olunacaq. Şəxs əgər 1 ildən çox həbs cəzası alıbsa, qətl, zorlama, bədənə xəsarət yetirmək ittihamları ilə mühakimə edilibsə deportasiya məcburi olacaq.
Bura polisə müqavimət və zorakılıq fəaliyyətlərlə şəxs mülkiyyətə qarşı törədilmiş cinayətlər də daxil ediləcək. Cəzanın şərti yaxud real olmasının heç bir fərqi yoxdur.
"Biz də heç kəs özünü qanun yerinə qoya yaxud hüquqdan üstün saya bilməz. Cinayətkarları ardıcıl olaraq məsuliyyətə cəlb etmək lazımdır. Bu həm də Almaniyada dinc şəkildə yaşayan qaçqınların müdafiəsi üçün lazımdır. Onlar cinayətkarlarla eyni cür münasibəti haqq etməyiblər” – Almaniya Ədliyyə naziri Qayko Maas belə deyib.
Bundan əlavə qanun pozuntusuna yol verən şəxsləri qaçqın kimi tanımamaq qərarı verilib.
Mövcud alman qanunvericiliyinə görə, qaçqınların siyasi sığınacaq hüququ alına bilər. Əgər onlar 3 il həbs hökmü oxunubsa.
Qeyd edək ki, yeni il gecəsi miqrantların alman vətəndaşlara etdiyi hücumlarla bağlı Almaniya polisi 653 şikayət alıb. 12 nəfər olmaqla 5 şəxs üçün həbs-qətimkan tədbiri seçilib.
.
