Almaniya, İsveç və Danimarka “Şimal axınları”nda baş vermiş qəzaları birlikdə araşdırmayacaqlar.

Bu barədə ARD telekanalı Almaniya hökumət dairələrindəki mənbələrinə istinadən məlumat yayıb.

Almaniya apardığı istintaqın nəticəsinə əsasən, “Şimal axınları”ndakı qəzaların səbəbinin partlayış olduğunu hesab edir.

Həmçinin bildirilib ki, hər üç ölkə (Almaniya, İsveç və Danimarka) birlikdə istintaq aparmaqdan imtina edib və hərəsi ayrılıqda araşdırma aparacaq.

Əlavə olaraq o da deyilib ki, ilk olaraq İsveç birgə istintaq qrupunu tərk edib. Səbəb kimi hər hansı məlumatın sızmasından ehtiyat etməsi göstərilib.

.