“Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda Almaniya hökuməti Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırır”.

Bunu Almaniyanın kansleri Olaf Şolts söyləyib.

Onun sözlərinə görə, ölkənin İqtisadiyyat Nazirliyinə artıq müvafiq tapşırıqlar verilib:

“Şimal axını – 2”nin dayandırılması rəsmi Moskavaya aydın siqnaldır ki, belə hərəkətləri fəsadsız ötüşməyəcək”.

Kansler bildirib ki, Rusiyanın dünyada dəstəyi yoxdur.

Qeyd edək ki, “Şimal axını – 2” Rusiyadan Baltik dənizi üzərindən Almaniyaya çəkilən 1 234 km uzunluğunda magistral qaz xəttidir. Özündə “Şimal axını” qaz xəttinin genişlənməsini ehtiva edir. Onun cari ilin əvvəlində istismara veriləcəyi gözlənilirdi. “Şimal axını – 2”nin təsisçisi “Qazprom”dur. “Qazprom”un 2017-ci il məlumatına görə, layihənin dəyəri 9,5 milyard avro təşkil edib ki, bunun da yarısı Avropa şirkətləri pıam “Engie”, OMV, “Shell”, “Uniper” və “Wintershall Dea” tərəfindən maliyyələşdirilib.

.