Almaniyanın hərbi sənaye konserni “Raynmetall” (Rheinmetall) hökumət icazə verən kimi 139 “Leopard” tankını Ukraynaya təhvil verməyə hazırdır.

BBC xəbər verir ki, bununla belə, onlardan yalnız əllisi müasir “Leopard 2” olacaq və onların əksəriyyətini bir ildən tez tədarük etmək mümkün olmayacaq.

Konsernin sözçüsü Almaniyanın “RND” media qrupuna bildirib ki, şirkət bu ilin aprel-may aylarında “dairəvi mübadilə” üçün nəzərdə tutulan 29 “Leopard 2A4”ü təhvil verməyə hazır olacaq.

Onun sözlərinə görə, eyni modifikasiyalı daha 22 “Leopard”ın təmiri təxminən bir il çəkəcək və onlar 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində təhvil veriləcək.

Bundan əlavə, “Raynmetall” daha 88 köhnə “Leopard 1”i çatdıra bilər. Onların istismara hazır olub-olmaması və ya hazır deyilsə, nə vaxt hazır olacaqları barədə sözçü məlumat verməyib.

.