Almaniya kansleri Olaf Şolts əsasən Ukraynaya kömək məqsədilə yeni hərbi texnikaya əlavə 2 milyard avro xərcləmək niyyətindədir.

Bu barədə “Reuters” ölkə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

“Vəsaitin təxminən 400 milyon avrosu Ukrayna üçün silah alan Avropa Sülh Fonduna köçürüləcək. Digər xərclər isə Ukrayna və digər ölkələrə ikitərəfli çatdırılmalara yönəldiləcək”, - deyə mənbə bildirib.

Qeyd edək ki, bir müddət öncə Bundestaqın müdafiə məsələləri üzrə komissarı Eva Höql bəyan etmişdi ki, Almaniya Kiyevi Bundesverdə olan bütün növ silahlarla təmin edə bilməz, lakin NATO tərəfdaşları ilə birlikdə Ukraynaya daha çox yardım göstərə bilər.

.