
Almaniya kansleri Olaf Şolts Ukraynada 30 günlük atəşkəs ideyasını dəstəkləyib.
O, bu barədə sosial şəbəkə hesabında yazıb.
"30 günlük atəşkəs ideyası Ukrayna üçün ədalətli sülhə aparan yolda vacib və düzgün addımdır", - o qeyd edib.
Kanslerin sözlərinə görə, indi növbə Rusiyanındır.
Qeyd edək ki, çərşənbə axşamı Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Təxminən 9,5 saat davam edən danışıqların nəticəsi olaraq Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında tərəflərin birgə bəyanatı dərc edilib. Bu bəyanata əsasən, Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır.
.