"Avropa İttifaqının (Aİ) zirvə görüşündə Ukrayna-Rusiya sərhədindəki gərginliklə bağlı müzakirə əsnasında Avropada sərhədlərin toxunulmazlığı sülhün başlıca şərti kimi dəyərləndiriləcək".
TASS xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts görüşdə iştirak etmək üçün Brüsselə gəldikdən sonra bildirib.
“Biz sərhədlərin həqiqətən pozulmaması üçün bir yerdə əlimizdən gələni edəcəyik”, – o vurğulayıb.
.
