“Hələ ki Ukraynaya səfər etmək niyyətində deyiləm”.

“RİA Novosti” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib. 

O, Ukrayna hakimiyyətinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri qəbul etməməsinin anlaşılmazlıq yaratdığını vurğulayıb. 

Qeyd edək ki, Almaniya Prezidenti və kanslerinin Ukraynaya birlikdə səfəri nəzərdə tutulurdu. Ancaq rəsmi Kiyev Rusiya ilə münasibətlərinə görə Frank-Valter Ştaynmayeri qəbul etməkdən imtina edib.

.