Almaniya hökuməti növbəti xəbərdarlığa qədər İsrailə hərbi təchizatların ixracına icazə verməyəcək.

Bunu Almaniya Kansleri Fridrix Merts İsrailin Qəzzanı ələ keçirmək planına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Almaniya üçün əsas prioritetlər israilli girovların geri qaytarılması və atəşkəs danışıqlarının başlamasıdır.

Merts HAMAS-ın Qəzzanın gələcəyində hər hansı bir rola malik olmamasının vacibliyini vurğulayıb.

.