Hindistanın Rusiya silahlarından asılı olması Almaniyanın marağına uyğun deyil.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Pistorius DW-nin baş siyasi müxbiri Nina Haaseyə İndoneziyanın Cakarta şəhərində eksklüziv müsahibəsində bildirib ki, bunu dəyişmək Almaniyadan asılı deyil.
"Bu, bizim digər tərəfdaşlarla birgə həll etməli olduğumuz məsələdir. Amma təbii ki, Hindistanın Rusiyanın silah və ya digər materiallarından bu qədər asılı olması bizim uzunmüddətli perspektivdə marağımızda ola bilməz.

Mən siqnal göndərmək istəyirəm ki, biz tərəfdaşlarımızı, İndoneziya kimi, Hindistan kimi etibarlı tərəfdaşlarımızı dəstəkləməyə hazırıq. Bu, məsələn, sualtı qayıqların verilməsi imkanlarını ehtiva edir."

Almaniyanın müdafiə naziri deyib ki, Asiya regionu təhlükəsizlik, naviqasiya azadlığı, beynəlxalq iqtisadi problemlər baxımından 21-ci əsri formalaşdıracaq.

"Buna görə də region təkcə Almaniya üçün deyil, bütövlükdə Avropa üçün vacibdir".

Hindistan hərbi müdafiə ehtiyaclarının qarşılanmasında Rusiyaya güvənir və bu ölkə 2022-ci ildə Ukraynanın tammiqyaslı işğalından sonra güzəştli Rusiya xam neftinin əsas alıcısına çevrilib.

.