Almaniya Bundesliqasının cari oyunları mayın 15-də davam etdiriləcək.
Bu barədə “Sport Bild” bildirib.
Qeyd edilir ki, Almaniya hökuməti matçların mayın ikinci yarısında keçirilməsini bəyənib və Bundesliqaya birinciliyin davam etdirilməsinin dəqiq tarixini sərbəst seçməyə icazə verib.
"Almaniya yığmasının baş məşqçisi kimi mən əlbəttə, milli komandanın oyunçularının yarış rejiminə qayıtmalarına xoşbəxtəm. Bu, yığma üçün əhəmiyyətli addımdır", - Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
Xatırladaq ki, Almaniya çempionatı COVID-19 pandemiyasına görə martda dayandırılıb. Analoji tədbirlər dünyanın bütün ölkələrində qəbul edilib. Avropada ən yüksək liqa matçlarının keçirildiyi yeganə ölkə Belarusdur.
Hazırda Almaniya çempionatının lideri "Bavariya"dır. Münhen klubu 25 matçda 55 xal yığıb. Liderlər qrupuna Dortmund "Borussiya"dır. Komandanın 51 xalı var. İlk üçlüyə həmçinin 50 xalla "RB Leypsiq" də daxildir.
.