Alimlər çörək otunun daha bir faydasını aşkarlayıblar.
Publika.az xəbər verir ki, çörək otunun allergiyanın dərmanı olduğu üzə çıxıb. Mütəxəssislər bildirirlər ki, allergiya xəstəliklərindən hesab edilən astma və ekzemaya qarşı çörək otundan yararlanmaq olar. Araşdırmalar göstərib ki, astma xəstələri üçün çörək otu hətta bəzi dərmanlardan belə daha çox kömək edir. Onlar gündə ən az 2 dəfə olmaqla 1 qram çörək otu istifadə etməlidirlər.
Həkimlərin sözlərinə görə, çörək otu burun, göz qaşıntısına yaxşı təsir edir, rahat nəfəs almağa kömək olur.
Bu toxum şəkər xəstələri üçün də faydalıdır.
Çörək otu yeyərək orqanizmi "lizin” və "metionin” kimi önəmli maddələrlə yanaşı, kalsium, fosfor, dəmir, sink, maqnezium, manqan, mis, kalium, B1, B6, fol turşusu ilə də təmin etmək mümkündür.
.
