Rusiya mətbuatında məşhur müğənni Alla Puqaçova və şoumen Maksim Qalkinin boşanması ilə bağlı müxtəlif xəbərlər yer alır.

“Teleproqramma”nın məlumatına görə, cütlüyün münasibətlərində bir aydan çoxdur soyuqluq yaşanır. Həm Allanın, həm də Maksimin dostları onlarla bağlı yayılan şayiələri inkar etməyə tələsmirlər.

Verilişlərin birində qonaq olan Puqaçovanın keçmiş əri Filip Kirkorov da məsələyə ehtiyatla yanaşaraq bu sözləri deyib:

“Mənim bu məsələni şərh etməyim düzgün çıxmır. Buna mənim nə haqqım, nə də ixtiyarım çatır”.

Lakin onu da qeyd etmək yerinə düşər ki, mətbuatda yer alan xəbərlərə baxmayaraq, cütlük sosial şəbəkədə çox xoşbəxt görünür. Bu yaxınlarda onlar birlikdə övladlarını birinci sinfə yola salıblar.

.