Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova Avropada mükafata layiq görülüb.

Yenizaman.az Publika.az-a istinadən xəbər verir ki, ata-bala Polşada məşhur "VOVO” qrupu ilə birgə "Koncert WAGLEWSKI+”da çıxış ediblər.

Sənətkarlarımıza konsertdən sonra "Qızıl disk” mükafatı təqdim olunub.

Bu barədə Alim Qasımovun şəxsi "İnstagram” hesabında məlumat verilib.

.