Türkiyə-Azərbaycan Universiteti Türk dünyası üçün əhəmiyyətli bir nümunə olacaq.

Bu barədə Bakıda səfərdə olan Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvar bildirib.

Onun sözlərinə görə, Türk dünyasında ali təhsil sahəsi üzrə əməkdaşlığı artıracaq bu cür layihələrin sayını daha da artırmaq Türkiyənin ən böyük prioritetidir.

Erol Özvar qeyd edib ki, bu layihə iki ölkənin elm və texnologiya sahəsində əməkdaşlığının ən mühüm əlamətlərindən biridir.

Ali Təhsil Şurasının sədri Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə Türkiyənin üç tanınmış universitetinin - Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTU) və Hacettepe Universitetinin proqramları ilə başladığını vurğulayıb.

Qeyd edək ki, 19 fevral 2024-cü il tarixində Ankarada Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) arasında “Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb.

.