"RBK-Ukraina" agentliyinin verdiyi məlumata görə, Ukrayna Ali Radasının 8 aprel tarixində keçirilən iclasında deputatlar arasında qaşıdurma yaranıb. Buna səbəb Ukrayna Kommunist Partiyasının lideri Petra Simonenkonun Ukrayna millətçilərinin əleyhinə çıxış etməsi olub. Petra Simonenko çıxışı zamanı bildirib ki, millətçi "Svaboda" ("Azadlıq") Partiyasının insanları silahlandıraraq küçələri tökməsi və yerli əhalini qorxutması ölkədə parçalanma yaradıb və ölkənin şərgində yaranan gərgilikdə Ukraynanın yeni hökümətini ittiham edib.
Ukrayna Kommunist Partiyasının liderinin çıxışından sonra millətçi deputatlar tribunaya yaxınlaşaraq onun çıxışını yarımçıq dayandırıblar. Daha sonra tərəflər arasında əlbəyaxa dava qeydə alınıb.
