Ukrayna Ali Radasında daxili işlər naziri Arseni Avakovun istefaya göndərilməsinə baxılacaq. Bu barədə ictimaiyyətə ukraynalı deputat İrina Berejnaya məlumat verib. Regionlar Partiyasının deputatı bildirib ki, Arseni Avakovun nazir postuna gətirilməsindən sonra ölkədə cinayətkarlıq xeyli artıb və insanlar küçələrə çıxmağa belə ehtiyat edirlər.
İrina Berejnaya mövzu ilə bağlı daha sonra bunları deyib: "Rezonans doğuran cinayətlərin üstü açılmır. Şəhərlərdə silahlanmış şəxslər gəzirlər. İnsanlar küçəyə belə çıxmağa qorxurlar. Lakin bütün bunları nazir Avakov görə bilmir. Mütləq şəkildə onun istefaya göndərilməsinə səs verəcəm."
.