Bu gün vəzifədə olan bəzi məmurlar öz keçmişlərini unutdurmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Keçmişi qaranlıq olan bəzi məmurlar keçmiş əməllərini xatirələrdən silmək üçün hətta mətbu orqanlarda bir zamanlar yanında olduqları insanları belə təhqir etməkdən çəkinmirlər. Belə məmurlardan biri də hal-hazırda Füzuli rayonun icra başçısı Alı Alıyevdir. Bu günlərdə Füzuli rayonundan mia.az-ın elektron poçtuna daxil olan məlumat olduqca ilginc məqamlara aydınlıq gətirir. Daxil olan məlumatda İcra başcısı Alı Alıyevın keçmişinin qaranlıq məqamlarına işıq salıb. Elektron poçtumuza məktub yollayan Füzuli rayon sakinin iddiasına görə neçə ildi ki, iqtidarın çörəyini yeyən rayon rəhbəri,bir zamanlar dövlət çevrilişinə cəhd edən sabiq Baş nazir, Surət Hüseynovun önəmli adamlarından biri olub. Surət Hüseynov böyük orduya sahib olan vaxtlarda da A.Alıyev onunla sıx əlaqə saxlamış və ona lazım ərzaq məhsulları eləcədə lazımı vəsaitlərin təminatında yaxından iştirak etmişdir. Məktub müəllifinin iddiasına görə Alı Alıyev məsuliyyətə cəlb olunmaq əvəzinə daha yüksək vəzifəyə təyinat alıb. Maraqlıdır ki,Alı Alıyevi himayə edən qüvvə onu rayon Aqropromuna sədr təyin edilir.
Artıq yuxarı dairələrdə özünüə hörmət qazanan Alı Alıyev daha da qabağa getməyi bacarır. Artıq Füzuli rayonuna icra başçısı təyin edilən Alı Alıyevin arzuları gerçəkliyə cevrilir. Ölkə başçısı İlham Əliyevin 2011-ci ildə Füzuli rayonununa ayırdığı, Əhmədbəyli-Alxanlı-Zobuçuq kəndlərarası yolların təmiri və çəkilməsi üçün 7 milyon manat vəsaitin 4 milyonu "müəmmalı” şəkildə yoxa çıxır. Keçən 5 il ərzində Füzuli rayonunda yolların çəkilməsinə ümumilikdə 15 milyon manata yaxın vəsait ayrılıb. Ancaq yolunu Füzuliyə salanlar bilir ki,bu gün Füzuli ilə Beyləqan rayonu arasındakı yollar Azərbaycanın ən bərbad yollarından biri hesab olunur. Amma nədənsə bu günə qədər Alı Alıyevdən 15 milyon manat vəsaitin hara xərcləndiyi haqda hesab sorulmur. Araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.
.