
Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin baş naziri Nikol Paşinyanın mayın 9-da Moskvaya gözlənilən səfəri barədə məlumatlı olmadığını bildirib.
Bu barədə Yenizaman Ermənistan KİV-ə istinadən xəbər verir.
"Ermənistan baş nazirinin 9 may tədbirlərində iştirak edib-etməyəcəyini bilmirəm. Baş nazirin hansı qərar qəbul edəcəyi barədə məlumatsızam ", - A.Simonyan jurnalistlərə bildirib.
Bununla yanaşı, o, Ermənistanın qələbəyə böyük töhfə verən ölkələrdən biri olduğunu vurğulayıb.
"Böyük Vətən müharibəsi zamanı 300 mindən çox qurbanımız olub", - parlamentin spikeri əlavə edib.
Xəbər verildiyi kimi, martın 14-də Kremlin mətbuat xidməti bildirmişdi ki, N.Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək yubiley tədbirlərində iştirakını təsdiqləyib.
.