Rusiyalı politoloq və filosof Aleksandr Duqin qızı Dariyanın öldürülməsinə ilk dəfə münasibət bildirib.

Duqinin münasibətinin mətnini onun xahişi ilə provaslav milyarder Konstantin Malofeyev dərc edib.

“Hamınız bildiyiniz kimi, faşist Ukrayna rejimi tərəfindən həyata keçirilən terror aktı nəticəsində avqustun 20-də Moskva yaxınlığındakı “Ənənə” festivalından qayıdarkən qızım Daria Dugina gözümün qabağında partlayış nəticəsində vəhşicəsinə öldürülüb. O, gözəl pravoslav qızı, vətənpərvər, hərbi müxbir, mərkəzi kanalların eksperti, filosof idi. Onun çıxışları və reportajları həmişə dərin, əsaslı və təmkinli idi”.

Duqin qızının heç zaman müharibə və zorakılığa çağırış etmədiyini bildirib.

“O, heç vaxt zorakılığa və müharibəyə çağırmazdı. O, yolunun əvvəlində yüksələn bir ulduz idi. Rusiyanın düşmənləri onu hiyləgərcəsinə öldürdülər ...

Amma bizi, xalqımızı dözülməz zərbələrlə belə sındırmaq olmaz. Onlar bizim iradəmizi qanlı terrorla əzmək istəyirdilər. Amma buna nail ola bilməyəcəklər.

Bizə yalnız Qələbəmiz lazımdır. Qızım qızlıq həyatını bu yolda qoydu. Qələbə qazanın, xahiş edirəm!", deyə Duqin bildirib.

.