"İlişki durumu karışık” serialının Elifi Eda Ece hava limanında polis tərəfindən saxlanılıb.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kocan kadar konuş: Diriliş” filminin qalası üçün Amsterdama gedən aktrisa qayıdarkən hava limanında gözlənilməz vəziyyətlə üzləşib. Edanın evi üçün aldığı silahşəkilli boşqab dəsti polisi şübhələndirib. 

Bir müddət sorğu-sual edilən E.Ece yalnız boşqab dəsti götürülüb alındığı mağazanın adı dəqiqləşdiriləndən sonra sərbəst buraxılıb və Türkiyəyə qayıda bilib. 

.