
Kanal D ekranlarında yayımlanan "Renkli Sayfalar” programında qonaq olan aktyor Peker Açıkalın hər kəsi təəccübləndirəcək bir addım atıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, verilişin aparıcısı Müge Dağıstanlıya evlilik təklifi edib.
"İllərdir həyatımda heç kim yoxdur. Mən də bir kişiyəm. 4 dəfə evli olub ayrılmama baxmayaraq, bu dəfə tam ciddiyəm”, - deyə Peker bildirib.
Müge isə eşitdiklərindən təəcüblənib və gülüb.
.