Aktyor Azər Baxşəliyev vəfat edib.


Bu barədə ATU-nun Mətbuat katibi Günel Aslanova məlumat verib.


O bildirib ki, aktyor dünən xəstəxanaya koma vəziyyətində daxil olub: "Azər Baxşəliyev dünən koma vəziyyətində xəstəxanaya daxil olub. Bu gün günorta saatlarında vəfat edib. Daha əvvəl isə böyrək çatışmazlığından əziyyət çəkib və bunula bağlı əməliyyat olunub".

16:36

Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.

ATU-nun mətbuat katibi Günel Aslanova “Report”un sorğusuna cavab olaraq bildirib ki, aktyor ötən gecə ağır vəziyyətdə tibb müəssisəsinə gətirilib.

O qeyd edib ki, A.Baxşəliyev gətirilərkən koma vəziyyətində olub və dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır, aparata qoşulub.

16.17

 

Aktyor Azər Baxşəliyev vəfat edib.

Yenizaman kulis.az-a istinadən xəbər verir ki, aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. O, uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

.