
Pakistanlı aktrisa Veena Malikə 26 il həbs cəzası verilib. Yenizaman.az xəbər verir ki, buna səbəb onun "İslamı ələ salması" olub.
Belə ki, Veena Malik may ayında "Geo TV"də yayımlanan Məhəmməd peyğəmbərin qızını canlandırdığı toy səhnəsində rol almışdı. Pakistan anti-terror məhkəməsi aktrisanı "dini ələ salmaq və Allaha hörmətsizlik" etmək ittihamı ilə 26 il azadlıqdan məhrum edib.
Veena Malik məhkəmənin qərarını qəbul etməyib: "Heç bir günahım olmadığı halda 26 il həbs cəzası almaq çox ağırdır. Kimsənin duyğularına təsir edəcək hərəkət etməmişəm. Bu sadəcə bir şou idi".
Qeyd edək ki, Veena Malik həbsxanada ytamayacaq. Onun cəzası 3 milyon rupi (təxminən 8 min avro) cəriməyə çevirilib.
.