Aktrisa Cennifer Eniston "Marie Claire” jurnalına maraqalı açıqlamalar verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Cennifer artıq onun haqqında yazılan xəbərlərdən bezdiyini bildirib.

"Mədəni halda yaşamağımdan, ərə getməyimdən, boşanmağımdan, sevgilimin olmasından, anamın rəhmətə getməsindən, hətta, sinəmdən belə yazı yazırlar. Çox sıxıldım, çox bezdim”, - deyə aktrisa vurğulayıb.

O, bu yaxınlarda onun hamilə olması ilə bağlı məlumatı görəndə çox əsəbləşdiyini söyləyib:

"Saytların birində hamilə olmağəmla bağlı xəbər oxudum. Bu azmış kimi, qarnıma qırmızı halqa çəkilmiş bir fotomu da dərc etmişdilər. Bu, dəhşətdir. Başa düşmürlər ki, bununla mənim şəxsi həyatıma müdaxilə etmiş olurlar”.

Eniston hazırda aktyor Castin Teru ilə bir yerdə olduğunu və ondan ayrılmaq fikri olmadığını qeyd edib. Onun sözlərinə görə, Castin onu başa düşən və lazımı diqqəti göstərən yeganə adamdır.
  
Xatırladaq ki, qərb mediası bir müddət əvvəl ötən il ailə qurmuş cütlüyün Yeni ildən sonra boşanmaq üçün məhkəməyə müraciət edəcəyi barədə məlumat yayıb. Onların boşanmağına səbəb kimi işlərinin çoxluğundan bir-birilərinə vaxt ayıra bilməməsi göstərilib. 

 .