Aktrisa Lindsi Lohan 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dünya ulduzu siyasi karyerasına başlamaq istədiyini sosial şəbəkədən elan edib:
"2020-ci ildə prezident postuna namizədliyimi verə bilərəm”.
Lindsi Lohan prezident seçilərsə, görəcəyi ilk işlər barədə də məlumat verib:
"Prezident olaraq ilk etmək istədiyim iş dünyada zorakılıqdan əziyyət çəkən uşaqların qayğısına qalmaq olacaq”.
.