Uzun müddət Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsində saxlanan prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev cəza evinə köçürülüb. Məhbus Bakıdakı 16 saylı Cəzaçəkmə Müəssisəsinə aparılıb.
Akif Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Akif Muradverdiyev qaçaqmalçılıqda ittiham olunub. Bakı Apellyasiya Məhkəməsi bu il fevralın 12-də rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Bir neçə xəstəlikdən əziyyət çəkən Akif Muradverdiyev qışdan bəri Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsində saxlanırdı.
2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilərək sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Onun cəzası 5 il sınaq müddətli şərti cəza ilə əvəzlənmişdi (media forum).
.