“Utro.az saytında “İlin qəzet Baş redaktoru” nominasiyalı sorğu başa çatıb. Sorğunun nəticələrinə görə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırkı “İlin qəzet Baş redaktoru” sorğusunun qalibi olub. 

Sorğunun keçirilməsi və nəticələri ilə bağlı  danışan “Utro.az” saytının baş redaktoru, Rusdilli Jurnalistlər Asosiyasiyası İctimai Birliyinin sədri Habil Ağazadə virtual keçirilən sorğuda sadəcə Media İnkişaf Agentliyindən maliyyə yardımı alan qəzet baş redaktorlarının iştirak etdiyini deyib. 

Sayt rəhbərinin sözlərinə görə, 18 qəzet baş redaktoru arasından 7,18 faiz səslə (92 səs - red) “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı sorğuda birinci yeri tutub. Sorğuda ümumi iştirakçı sayı 1284 nəfər olub və 2 həftə davam edib. Dekabrın 14-də start verilən sorğuya ayın 28-də yekun vurulub”.

.