Türkiyə NATO-nun "açıq qapı" siyasətini hər zaman dəstəkləyir.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün səbəbinin ölkələrini müdafiə etmək olduğunu qeyd edərək, Türkiyənin də öz təhlükəsizlik məsələlərinin mövcud olduğunu xatırladıb.

“Onlar öz ölkələrini müdafiə etmək üçün NATO ilə əməkdaşlıq etmək istədikləri kimi, biz də terrorla mübarizədə bizimlə əməkdaşlıq etməklərini və dəstək verməklərini istəyirik. Onlar öz ölkələrinin müdafiəsi və təhlükəsizliyi üçün bizim dəstəyimizi istəyirlər, lakin terrora qarşı mübarizə tələblərimizi rədd edirlər”, - deyə naziri bildirib.

Akarın sözlərinə görə, ölkəsi İsveçdə Türkiyəyə, dövlət başçısına və “Qurani-Kərim”ə qarşı atılan təhqiramiz addımlara göz yuma bilməz: “Bu halda bizim mövqeyimiz çox aydındır. Biz İsveç və Finlandiyadan öz öhdəliklərini yerinə yetirmələrini, çirkin cəhdlərə son qoymalarını gözləyirik. Bu işlərin görüldüyü halda, bizim heç bir problemimiz yoxdur”.

.