Türkiyə milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovla telefon danışığı aparıb.

O qeyd edib ki, danışıq zamanı Odessa limanının raket atəşinə tutulması müzakirə edilib.

Akar Rusiya tərəfi ilə də danışıqların olduğunu vurğulayıb. Türkiyə milli müdafiə nazirinin sözlərinə görə, Rusiya tərəfi bu hücumla heç bir əlaqəsinin olmadığını bildirib.

Nazir həmçinin, bu hadisənin dünən imzalanan taxıl sazişindən dərhal sonra baş verməsinin Türkiyəni də narahat etdiyini vurğulayıb.

.