"Təəssüf ki, qonşumuz və müttəfiqimiz Yunanıstan təxribat xarakterli hərəkətləri və ritorikası ilə ekspansionist və aqressiv siyasətini davam etdirir".

Bu barədə milli müdafiə naziri Hulusi Akar “Efes-2022” beynəlxalq təlimlərdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Yunanıstanın sürətlə silahlandırılmasına baxmayaraq, problemlərin sülh yolu ilə həlli üçün dialoq aparır və sülh əlini uzadır.

Bundan əlavə, nazir Türkiyənin heç kimin torpağında gözünün olmadığını vurğulayıb.

"Eyni zamanda, Yunanıstanın etdiyi hər cür ədalətsiz və qanunsuz hərəkətlərə və söylənənlərə cavab veririk. Bu münasibətlə bir vacib məqamı xatırlatmaq istəyirəm. NATO təhlükəsizlik təşkilatıdır və onun ən böyük mübarizə sahələrindən biri də terrorizmdir. Terrorla mübarizədə həmrəylik müttəfiqliyin əsas şərtidir. Türkiyə birdən çox terror təşkilatına qarşı eyni anda mübarizə aparan yeganə NATO ölkəsidir və terrorla Avropa arasında son səddir. Türkiyənin təhlükəsizliyi, NATO da daxil olmaqla, bütün Avropanın təhlükəsizliyidir. Bu məqam heç vaxt diqqətdən kənarda qalmamalıdır”, - müdafiə naziri əlavə edib.

.