Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu ilə bağlı danışıqlar davam etdiriləcək.

“Anadolu” agentliyi verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı əldə olunacaq nəticə Türkiyə Prezidenti tərəfindən qiymətləndirildikdən sonra müvafiq qərar veriləcək və addımlar atılacaq.

.