Qara dənizdə sülh və sabitliyin təmin olunması üçün müvafiq addımlar atılır.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O diqqətə çatdırıb ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra Türkiyə Montrö konvensiyası çərçivəsində İstanbul boğazından hər hansı şəkildə döyüş gəmisinin keçməməsi barədə bütün tərəfləri məlumatlandırıb.

Nazir qeyd edib ki, indiyə qədər İstanbul boğazından hər hansı şəkildə döyüş gəmilərinin keçməsi qeydə alınmayıb.

.