Avropa Komissiyası (AK) Rusiyaya qarşı hazırlanan 19-cu sanksiya paketi üzrə Avropa İttifaqının (Aİ) bütün 27 üzv ölkəsinin razılığına ümid edir.

Bu barədə Brüsseldə bu gün keçirilən mətbuat konfransında AK-nin mətbuat xidmətinin rəhbəri Paula Pinho bildirib.

"Yeni tədbirlərin əsas məqsədi Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi davam etdirmək, sülh danışıqlarından imtina etdiyinə görə Moskva üçün xərclərini artırmaq və nəticədə Prezident Vladimir Putini danışıqlar masasına gətirməkdir", - o, təfərrüatları açıqlamaqdan imtina edib.

P.Pinho, həmçinin xatırladıb ki, ötən gün Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə telefon danışığı aparıb.

"Tərəfdaşlarımızla yanaşmamızı nə qədər çox koordinasiya etsək, sanksiyalar bir o qədər effektiv olar", - deyə Aİ nümayəndəsi vurğulayıb.

.