“Qarabag savaşında bütün gücümüzlə Azərbaycanın yanında yer almışıq".

Bunu Azərbaycanda səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyətinin rəhbəri, AK Partiya sədrinin I müavini Numan Kurtulmuş bildirib.

N. Kurtulmuş qeyd edib ki, bu gün Preziident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ azad edilib: “Pandemiya dövründə AK Partiya və YAP arasında əlaqələr də inkişaf edib. YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da Türkiyə səfər etmişdi. Bu səfər zamanı isə iki xalqın mədəni və digər səviyyələrdə daha da yaxınlaşdırılması ilə bagli müzakirə aparacağıq. Mən bu səfərin iki dövlət və iki partiyanın münasibətləri baxımdan faydalı olmasını arzu edirəm. Türkiyə və Azərbaycanın birgə səyi ilə bu bölgədə sabitlik və inkişafın təmin ediləcəyinə əminəm ”.

Numan Kurtulmuş: "Qarabağın azadlığını təmin edən bütün şəhidlərimizə rəhmət diləyirəm"

“Qafqaz İslam Ordusunun şəhidlərini yad edirik. Siz ölülər deyilsiniz. Siz 99 il əvvəl Azərbaycanaın hürriyyət və azadlığı uğrunda döyüşmüsünüz”.

Bunu Türk şəhidliyini ziyarət edən Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyətinin rəhbəri, AK Partiya sədrinin I müavini Numan Kurtulmuş bildirib.

AK Partiya sədrinin I müavini deyib ki, türk şəhidləri iki xalq arasında qardaşlıq bağlarını da yaradır: “Siz Azərbaycanın azadlığı uğrunda necə şəhid oldunuzsa, biz bu gün eyni qardaşlıqla Azərbaycanın yanında oluruq. Qarabağın azadlığını təmin edən bütün şəhidlərimizə də rəhmət diləyirəm”.

Numan Kurtulmuş: "Ermənistan kənar ölkələrdən, diaspordan mədət ummaq siyasətindən əl çəkməlidir"

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması sülh müzakirələrindən kecir. Ermənistan kənar ölkələrdən, diaspordan mədət ummaq siyasətindən əl çəkməlidir".

Bunu Azərbaycanda səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyətinin rəhbəri, AK Partiya sədrinin I müavini Numan Kurtulmuş bildirib.

AK Partiya sədrinin I müavini deyib ki, Ermənistanın təmkinli olması onların özü üçün də faydalıdır: “Ermənistan kənar qüvvələrə, o cümlədən diaspora arxalanmamalıdır. Azərbaycanla müzakirələr yolu ilə münasibətlər normallaşdırılmalıdır".


 

.