
Ailəsi tərəfindən atılan 63 yaşlı Eldəniz Məmmədov yataq xəstəsidir. Nizami rayonu, Elşad Süleymanov küçəsində, yarıtikili binanın həyətində kiçik bir komada yaşayan bu qoca qonşuların yardımları sayəsində yaşayır. Qarabağ müharibəsi veteranı olan Eldəniz kişinin ayaqları tutulduğundan normal hərəkət edə bilmir. Evdə tək yaşayan bu insanın nə qidalanması, nə də təmizliyi üçün bir şərait var.
Qonşular deyir ki, onlar yardım etməsə bu insan indi həyatda olmazdı. Onun bu acınacaqlı vəziyyətdə yaşaması hər kəsi narahat edir. İndi Eldəniz kişinin yeganə arzusu qocalar evinə yerləşdirilməkdir.(musavat.com)